Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Novruz bayramına həsr olunan xeyriyyə aksiyası keçirilib - FOTO

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Novruz bayramına həsr olunan xeyriyyə aksiyası keçirilib - FOTO
  • Clock-gray 11:28
  • calendar-gray 21 Mart 2021

Moskvada “Hər evdə bayramın dadı” xeyriyyə aksiyası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiya Novruz bayramına həsr olunub.

Aksiya çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çox uşaqlı ailələri, eləcə də aztəminatlı ailələri bayram münasibəti ilə təbrik ediblər. Onlara Azərbaycanın milli şirniyyatları və Novruz bayramının bütün milli atributlarından ibarət bayram hədiyyəsi bağlaması təqdim olunub.

Xeyriyyə aksiyası 20-21 mart tarixlərində keçirilib.

Fərid Əkbərov

Digər xəbərlər