Moskvada Rusiya və Almaniya XİN başçıları arasında görüş keçirilir

Moskvada Rusiya və Almaniya XİN başçıları arasında görüş keçirilir
  • Clock-gray 12:22
  • calendar-gray 11 Avqust 2020

Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun almaniyalı həmkarı Hayk Maas arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə çıxış edən S. Lavrov ölkəsi ilə Almaniya arasında ikitərəfli münasibətləri müzakirə edəcəklərini bildirib.

Rusiya XİN başçısı almaniyalı həmkarı ilə regional münaqişələr barədə də ətraflı fikir mübadiləsi aparacaqlarını vurğulayıb.

Almaniyalı nazir Moskvada səfərdə olmaqdan məmnunluğunu ifadə edib.

H. Maas beynəlxalq böhranların, regional münaqişələrin həllində Rusiyanın lazım olduğunu qeyd edib.

Fərid Əkbərov

Digər xəbərlər