Moskvada avtobus yük maşını ilə toqquşub, 16 nəfər yaralanıb

Moskvada avtobus yük maşını ilə toqquşub, 16 nəfər yaralanıb
  • Clock-gray 06:12
  • calendar-gray 24 Avqust 2020

Moskvada Kaluqa magistralının 25-ci kilometrliyində sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtın Təcili Tibbi Yardım stansiyasından bildirilib.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb. İkisi uşaq olmaqla, 13 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya yük maşınının əyləcində nasazlıq yaranması səbəb olub.

 

Rəşad Sarıyev

Digər xəbərlər