Moskvada bir sutkada 11 nəfər COVID-19 diaqnozu ilə ölüb

Moskvada bir sutkada 11 nəfər COVID-19 diaqnozu ilə ölüb
# 24 iyul 2020 02:34 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 11 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4375-ə çatıb.

Epidemiyanın əvvəlindən bəri təxminən 236 min Moskva sakini koronavirusa yoluxub, təxminən 173 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiyada indiyədək 795 038 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 5848 nəfər bu virusa yoluxub, 147 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 12 892 nəfərdir, indiyədək 580 330 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR