Moskvada bir sutkada 67 nəfər koronavirusdan ölüb

Moskvada bir sutkada 67 nəfər koronavirusdan ölüb
# 05 noyabr 2020 03:32 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 67 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7071-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 445 mindən çox insanda koronavirus aşkar olunub, ümumilikdə 326 min xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR