Moskvada daha 10 nəfər koronavirusdan ölüb

Moskvada daha 10 nəfər koronavirusdan ölüb
# 17 avqust 2020 02:11 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4666-ya çatıb.

Qeyd edək ki, Moskvada indiyədək təxminən 252,4 min insanda koronavirus aşkar olunub. Ümumilikdə 197 mindən çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR