Moskvada daha 69 nəfər koronavirusun qurbanı olub

Moskvada daha 69 nəfər koronavirusun qurbanı olub
# 31 may 2020 00:22 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 69 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2477- çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 396 575 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8952 nəfər bu virusa yoluxub, 181 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 4555 nəfərdir, indiyədək 167 469 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR