Moskvada daha 7 nəfər koronavirusdan ölüb

Moskvada daha 7 nəfər koronavirusdan ölüb
# 08 aprel 2020 23:15 (UTC +04:00)

Rusiya paytaxtında COVID-19 diaqnozu qoyulmuş daha yeddi nəfər ölüb.

APA-nın Moskva müxbirinin koronavirusla bağlı vəziyyətə nəzarət edən operativ qərargaha istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətin monitorinqi məqsədilə yaradılmış operativ qərargahdan bildirilib.

Xəstələr 49-90 yaşları arasında olub.

“Xəstələrdə şəkərli diabet, hipertoniya, kardioskleroz, pielonefrit, mədəaltı vəzin atrofiyası kimi digər xəstəliklər də olub. Yoluxanların üçü xroniki bronxitdən əziyyət çəkib”, - məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiyada bu günə olan məlumata əsasən, 8672 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR