Moskvada daha 73 nəfər koronavirusun qurbanına çevrilib

Moskvada daha 73 nəfər koronavirusun qurbanına çevrilib
  • Clock-gray 01:34
  • calendar-gray 19 Noyabr 2020

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8082-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 526,6 mindən çox insanda koronavirus aşkar olunub, ümumilikdə şəhərdə 382,6 mindən çox xəstə sağalıb.

apa-logo-mini

Digər xəbərlər