Moskvada daha 8 nəfər koronavirusdan ölüb

Moskvada daha 8 nəfər koronavirusdan ölüb
# 11 aprel 2020 01:22 (UTC +04:00)

Rusiya paytaxtında COVID-19 testi müsbət nəticələnən daha səkkiz nəfər həyatını itirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargahdan bildirilib.

Ölənlər 39-84 yaşları arasında olanlardır.

“39 yaşlı xəstədə kəskin tənəffüs çatışmazlığı, daxili orqanlarda qan azlığı və baş beyinin ödemi aşkar olunub”, - məlumatda belə deyilir.

Bundan başqa, ölənlərdən üçü şəkərli diabetdən əziyyət çəkirmiş. Bütün xəstələrin digər xəstəlikləri də olub. Bunların arasında – hipertoniya, ateroskleroz, pielonefrit də var.

Qeyd edək ki, Rusiyada ümumilikdə 11 917 koronavirusa yoluxma halı qeydə alınıb, 795 nəfər sağalıb, 94 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR