Moskvada koronavirus qurbanlarının sayı 11 mini keçib

Moskvada koronavirus qurbanlarının sayı 11 mini keçib
# 29 dekabr 2020 02:02 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 11 064-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 792 457 insanda (son sutkada 6253 nəfər) koronavirus aşkar olunub, daha 609 770 nəfər isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR