Moskvada koronavirus qurbanlarının sayı 5180-ə çatıb

Moskvada koronavirus qurbanlarının sayı 5180-ə çatıb
# 28 sentyabr 2020 03:58 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 16 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5180-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək təxminən 285,8 min insanda koronavirus aşkar olunub. Ümumilikdə 245,1 mindən çox xəstə isə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR