Moskvada koronavirus qurbanlarının sayı yenidən artıb

Moskvada koronavirus qurbanlarının sayı yenidən artıb
# 26 iyul 2020 01:47 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 9 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4398-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 806 720 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 5871 nəfər bu virusa yoluxub, 146 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 13 192 nəfərdir, indiyədək 597 140 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR