Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Moskvada koronavirusdan daha 11 nəfər ölüb
# 26 avqust 2020 02:11 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 11 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da yeni növ virusdan ölənlərin sayı 4764 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada koronavirusdan bir gün əvvəl 12 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR