Moskvada koronavirusdan daha 29 xəstə ölüb

Moskvada koronavirusdan daha 29 xəstə ölüb
  • Clock-gray 04:06
  • calendar-gray 11 İyul 2020

Moskvada son sutka ərzində koronavirusdan 29 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahının məlumatında bildirilib.

Bununla da şəhərdə ölənlərin ümumi sayı 4116 nəfərə çatıb.

Ümumilikdə 228 min yeni virusa yoluxma aşkarlanıb, 163 mindən çox xəstə sağalıb.

Qeyd edək ki, Rusiyada pandemiya zamanı, təxminən 714 min COVID-19 hadisəsi aşkarlanıb, 11 017 nəfər ölüb, 489 mindən çox insan sağalıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər