Moskvada koronavirusdan ölənlərin sayı 6820-yə çatıb

Moskvada koronavirusdan ölənlərin sayı 6820-yə çatıb
# 01 noyabr 2020 04:23 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 52 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6820-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 424 mindən çox insanda koronavirus aşkar olunub, ümumilikdə 303 mindən çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR