Moskvada koronavirusdan ölənlərin sayı 7,5 mini keçib

Moskvada koronavirusdan ölənlərin sayı 7,5 mini keçib
# 11 noyabr 2020 01:33 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7502-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 481 068 insanda koronavirus aşkar olunub, onlardan 5902 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 346 889 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR