Moskvada koronavirusdan ölənlərin sayı 7,9 mini keçib

Moskvada koronavirusdan ölənlərin sayı 7,9 mini keçib
  • Clock-gray 05:13
  • calendar-gray 17 Noyabr 2020

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7933-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək təxminən 516,6 min insanda koronavirus aşkar olunub, ümumilikdə 371,9 min xəstə sağalıb.

apa-logo-mini

Digər xəbərlər