Moskvada koronavirusla bağlı məhdudiyyətlərin bir hissəsi yumşaldılıb

Moskvada koronavirusla bağlı məhdudiyyətlərin bir hissəsi yumşaldılıb
# 27 yanvar 2021 11:11 (UTC +04:00)

Moskva meriyası yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir hissəsini yumşaldıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Moskva meriyasının saytında məlumat yerləşdirilib.

Bildirilib ki, paytaxtda yerləşən təşkilatlarda işçilərin 30 faizinin məsafədən işləməsi artıq tövsiyə xarakteri daşıyır.

Bundan başqa, gecə klubları, bar və restoranlar axşamdan səhərə kimi müştərilərini qəbul edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR