Moskvanın Koptevo rayonunda ofis binası və üç qaraj 150 kv/m sahədə yanıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin paytaxt üzrə baş komandanlığı məlumat yayıb.
Bildirilir ki, yanğın bazar günü axşam Mixalkovskaya küçəsində qeydə alınıb.
“Yanğınsöndürənlər bu ünvana gəldikdə yan-yana olan üç metal qarajın və yaxınlıqda olan birmərtəbəli ofis binasının 150 kvadratmetr sahədə yandığı müşahidə edilib”, - deyə qurumun məlumatında deyilir.