Moskvada son günlər koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir

Moskvada son günlər koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir
# 17 sentyabr 2020 04:11 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 9 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5025 nəfərə çatıb.

Son günlər şəhərdə yeni virusdan ölüm sayında azalma müşahidə edilməkdədir.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 10 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR