Moskvada son sutka ərzində 77 nəfər koronavirusdan ölüb

Moskvada son sutka ərzində 77 nəfər koronavirusdan ölüb
# 11 dekabr 2020 01:05 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9722-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 671 948 insanda koronavirus aşkar olunub, onlardan 6730-u son sutka ərzində bu virusun daşıyıcısına çevrilib, daha 512 969 xəstə isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR