Moskvada son sutkada 50 nəfər koronavirusdan ölüb

Moskvada son sutkada 50 nəfər koronavirusdan ölüb
# 14 iyun 2020 00:39 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 50 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3281-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 520 129 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8706 nəfər bu virusa yoluxub, 114 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 6829 nəfərdir, indiyədək 274 641 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR