Moskvada son sutkada koronavirusdan 12 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 12 nəfər ölüb
  • Clock-gray 01:12
  • calendar-gray 04 Avqust 2020

Moskvada son sutka ərzində koronavirusdan 12 nəfər dünyasını dəyişib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4,5 mini ötüb. 

Bu günədək ümumilikdə 243 min yoluxma halı qeydə alınıb, onlardan 182 mini sağalıb.

Qeyd edək ki, Rusiyada ümumilikdə 856 min yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 653 mindən çoxu sağalıb, 14 207 nəfər dünyasını dəyişib. 

 

Rəşad Sarıyev

Digər xəbərlər