Moskvada son sutkada koronavirusdan 24 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 24 nəfər ölüb
# 05 iyul 2020 02:16 (UTC +04:00)

Moskvada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 24 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.

Beləliklə, paytaxtda yeni növ virusdan ölənlərin ümumi sayı 3953-ə yüksəlib.

Qeyd edək ki, bir gün əvvəl sutka ərzində ölənlərin sayı 25 idi.

Pandemiya dövründə Rusiyada ümumilikdə 674 515 koronavirus halı, 10027 ölüm halı qeydə alınıb. 446 879 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR