Moskvada son sutkada koronavirusdan 34 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 34 nəfər ölüb
# 03 iyul 2020 01:20 (UTC +04:00)

Rusiya paytaxtında son sutka ərzində koronavirusdan 34 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3904 -ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 661 165 nəfərdə koronavirus aşkar olunub, indiyədək 428 978 nəfər sağalıb.

Məlumat üçün bildirək ki, Rusiya hökuməti, yoluxma ilə bağlı ölkədəki vəziyyəti özündə əks etdirən stopkoronavirus.rf adlı internet resursunu istifadəyə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR