Moskvada son sutkada koronavirusdan 66 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 66 nəfər ölüb
# 29 oktyabr 2020 06:18 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 66 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 6644 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Moskvada yoluxma sayı 75 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR