Moskvada yanğında 1 kişi ölüb, 4 uşaq xəsarət alıb

Moskvada yanğında 1 kişi ölüb, 4 uşaq xəsarət alıb
# 10 fevral 2021 07:13 (UTC +04:00)

Moskvanın şimal-qərbində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

APA Moskva Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki,

yanğın binanın beşinci mərtəbəsində olub.

Hadisə nəticəsində bir kişi həyatını itirib, 3-6 yaş aralığında 4 uşaq olmaqla bir qadın yanan mənzildən təxliyə edilib. Uşaqların müxtəlif dərəcədə xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb. Rayon prokurorunun müavini hadisə yerinə gəlib.

Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR