Moskvada yanvar ayında 140 ilin rekord temperaturu qeydə alınıb

Moskvada yanvar ayında 140 ilin rekord temperaturu qeydə alınıb
# 25 yanvar 2021 13:01 (UTC +04:00)

Rusiya paytaxtında yanvar ayında 140 ilin rekord temperaturu qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, yanvarın 25-i səhər saatlarında VDNX-da yerləşən meteoroloji stansiyada havanın temperaturu +3,8°C göstərib.

Sinoptiklər bu cür temperaturun Moskva üçün klimatik normadan 11-12 dərəcə çox olduğunu bildiriblər. Sonuncu dəfə 2002-ci il 25 yanvar tarixində Moskvada +3,6°C istilik qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR