Moskvada yaşayış binasında partlayış olub

Moskvada yaşayış binasında partlayış olub
# 29 iyun 2020 15:27 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayış binasında partlayış olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın şimal-qərbində yerləşən Proxodçikov küçəsində yerləşən binada partlayış qaz sızması nəticəsində baş verib.

Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub. Mənzillərdən beş nəfər təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR