Moskvanın azərbaycanlı diaspor təşkilatlarının sərhəddəki erməni təxribatı ilə bağlı toplantısı keçirilib

Moskvanın azərbaycanlı diaspor təşkilatlarının sərhəddəki erməni təxribatı ilə bağlı toplantısı keçirilib
# 17 iyul 2020 16:18 (UTC +04:00)

Moskva şəhəri və Moskva vilayətində fəaliyyət göstərən Azərbaycan ictimai-diaspor təşkilatlarının rəhbərlərinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı toplantısı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, toplantında iştirak edən diaspor təşkilatlarının rəhbərləri sərhəddəki Ermənistan təxribatını pisləyiblər.

Azərbaycan dövlətinə dəstək nümayiş etdirə diaspor üzvləri Rusiyada yaşayan azərbaycanlıların hər zaman dövlətin yanında olduğunu xüsusi vurğulayıblar.

Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyev çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistanın milli maraqları ilə üst-üstə düşdüyünü söyləyib.

Toplantıda çıxış edən Moskva vilayət Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov Rusiya azərbaycanlılarının bu təxribatı pislədiyini və Azərbaycanın haqq səsinin Rusiya və eləcə də bütün dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu bildirib.

Toplantında çıxış edən digər diaspor rəhbərləri Rusiyadakı Azərbaycan diasporun Ermənistan-Azərbaycan münaqişəsi və yalançı erməni təbliğatı məsələsində yumruq kimi birləşməyinin vacibliyini xüsusi qeyd ediblər.

Toplantının sonunda Azərbaycan Respublikasının rəhbərliyinə müraciət qəbul olunub. Müraciətdə bildirilib ki, Rusiya azərbaycanlıları hər zaman Azərbaycan dövlətinin yanındadır və dəstək olmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR