Narışkin: “Rusiya bütün kimyəvi döyüş zəhərləyici ehtiyatlarını məhv edib”

Narışkin: “Rusiya bütün kimyəvi döyüş zəhərləyici ehtiyatlarını məhv edib”
# 15 sentyabr 2020 13:35 (UTC +04:00)

“Rusiya “Noviçok” daxil olmaqla bütün kimyəvi döyüş zəhərləyici ehtiyatlarını məhv edib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

"Həmin ehtiyatlar Kimyəvi Silahların Qadağan olunması Təşkilatının protokolları və reqlamentinə müvafiq olaraq məhv edilib. Ona görə də, “Rusiyanın ərazisində kimyəvi döyüş zəhərləyici maddələr istehsalı və ya köhnə ehtiyatı mövcuddur demək”, əlbəttə ki, dezinformasiyadır” - , deyə Narışkin vurğulayıb.

Qeyd edək ki, Almaniya mütəxəssisləri avqustun 20-də Omskdan Moskvaya uçarkən qəflətən halı pisləşən Rusiyanın müxalif bloqgeri Aleksey Navalnının “Noviçok” qrupuna daxil olan maddədən zəhərləndiyini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR