Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb

Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb
# 25 fevral 2021 12:29 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

APA-nın məlumatına görə, N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o yazıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR