Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.
Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda aksiya keçirilir

APA-nın Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, yürüşdə yüzlərlə müxalifət tərəfdarı iştirak edir.
Onlar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.
İrəvanın Arabkir rayonunun Praqa parkından yürüşə başlayan müxalifət tərəfdarları şəhərin mərkəzinə doğru irəliləyirlər.
Qeyd edək ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları "Daşnaksütun", "Ana Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.
MDB

İtaliya səfiri İrəvanda yol qəzasına düşüb

Müxalifət Paşinyanın Litva Prezidenti ilə görüşünə mane olmağa çalışıb

Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu həbs edilib
