Ötən il Rusiyada 43 terror aktının qarşısı alınıb

Ötən il Rusiyada 43 terror aktının qarşısı alınıb
# 17 iyun 2020 15:32 (UTC +04:00)

2019-cu ildə Rusiyada 43 terror aktının qarşısı alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Baş prokurorunun müvafiq məruzəsində bildirilib.

Qeyd olunub ki, bu göstərici 2018-ci illə müqayisədə 38 faiz çoxdur.

“Statistik məlumatların təhlili və regionlardakı vəziyyət terror təhlükəsinin yüksək səviyyədə olduğuna dəlalət edir. 2019-cu ildə 1806 terror xarakterli cinayət qeydə alınıb. Bu 2018-ci ilin göstəricisi (1679) ilə müqayisədə 7,6 faiz çoxdur. Qarşısı alınmış terror aktlarının sayı da 38 faiz artaraq 31-dən 43-ə yüksəlib”, - deyə hesabatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR