Özbəkistanda koronavirusa yoluxanların sayı 19 653 nəfərə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 19 653 nəfərə çatıb
# 25 iyul 2020 09:41 (UTC +04:00)

Özbəkistanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 667 yoluxma halı qeydə alınıb, 4 nəfər vəfat edib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bununla da, Özbəkistanda koronavirusa yoluxanların sayı 19 653 nəfərə çatıb, ölənlərin ümumi sayı isə 107 nəfər təşkil edib.

Qeyd edək ki, indiyədək Özbəkistanda koronavirusdan 10 472 nəfər sağalıb, hazırda xəstəxanalarda 9 074 nəfər xəstə müalicə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR