Paşinyan Baş Qərargah rəisinin işdən çıxarılmasına dair təklifini yenidən Prezidentə göndərib

Paşinyan Baş Qərargah rəisinin işdən çıxarılmasına dair təklifini yenidən Prezidentə göndərib
# 01 mart 2021 12:54 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə təklifini yenidən Prezident Armen Sarkiyana göndərib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Prezident Aparatının bəyanatında bildirilir.

“Prezident Konstitusiyanın 139-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq mövqeyini qanunla müəyyən edilmiş müddətdə (üç gün ərzində) ifadə edəcək”, - deyə Ermənistan Prezident Aparatının açıqlamasında deyilir.

Qeyd edək ki, N. Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi O. Qasparyanı vəzifəsindən azad etdiyi barədə fevralın 25-də açıqlama verib. O, bununla bağlı təklifini Prezidentə göndərib. Belə ki, qərarın qüvvəyə minməsi üçün Prezident Baş nazirin təklifi əsasında Baş Qərargah rəisinin vəzifəsindən azad olunması barədə Fərman imzalamalıdır. Lakin Prezident bu barədə Fərman imzalamayıb və Baş nazirin təklifini geri göndərib. Bu səbəbdən N. Paşinyan O. Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə təklifini fevralın 28-də yenidən Prezidentə ünvanlayıb.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR