Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib

Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib
# 14 aprel 2021 12:16 (UTC +04:00)

Rusiya və Ermənistan Ermənistanda 102-ci Rusiya hərbi bazasının imkanlarının genişləndirilməsi məsələsini müzakirə edir.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, Sünikdə dayaq məntəqəsi yaradıla bilər.

Baş nazir Rusiya ilə hərbi ittifaqın ölkəsinin təhlükəsizliyində vacib əhəmiyyəti barədə də danışıb.

“Ermənistanın xarici təhlükəsizliyinin dayağı erməni-rus hərbi ittifaqı və onu möhkəmləndirən onlarla beynəlxalq hərbi və strateji müqavilələr və müttəfiqlərlə qarşılıqlı öhdəliklərdir”, - deyə N. Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi baxımından erməni-rus döyüş qruplarının fəaliyyəti və vahid Hava Hücumundan Müdafiə sistemi mühüm praktiki əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR