Paşinyanın Rusiyaya səfərinin tarixi bilinib

Paşinyanın Rusiyaya səfərinin tarixi bilinib
  • Clock-gray 10:15
  • calendar-gray 02 Aprel 2021

Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiyaya səfərinin tarixi bilinib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Baş Nazirin mətbuat katibi Mane Gevorqyan bildirib ki, N. Paşinyan aprelin 7-də Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, səfər zamanı N. Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

M. Gevorqyan qeyd edib ki, N. Paşinyan Moskva səfəri öncəsi aprelin 2-dən etibarən özünütəcrid rejimində çalışır.

 

apa-logo-mini

Digər xəbərlər