Paşinyanın Syünik vilayətinə səfəri etirazla qarşılanıb - VİDEO

Paşinyanın Syünik vilayətinə səfəri etirazla qarşılanıb - VİDEO
# 21 aprel 2021 11:38 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib.

N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.

Ərazidə vəziyyətin kifayət qədər gərgin olduğu bildirilir. Baş nazirin avtomobilinin yolunu kəsən sakinlər onun əleyhinə şüarlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR