Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 70-ə yaxın şəxs saxlanılıb, xəsarət alanlar var

Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 70-ə yaxın şəxs saxlanılıb, xəsarət alanlar var
# 24 dekabr 2020 15:16 (UTC +04:00)

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR