Rusiyada hoteldə isti su borusunun partlaması nəticəsində azı 5 nəfər ölüb

Rusiyada hoteldə isti su borusunun partlaması nəticəsində azı 5 nəfər ölüb
# 20 yanvar 2020 09:37 (UTC +04:00)

Yanvarın 20-nə keçən gecə Rusiyanın Perm vilayətinin Sənaye rayonunda yaşayış binasının birinci mərtəbəsində yerləşən "Karamel" mini-hoteldə isti su boru xətti partlayıb, hoteli su basıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı beş nəfər ölüb, daha üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR