“Persona non qrata” elan olunan rusiyalı diplomat Ukrayna ərazisini tərk edib

“Persona non qrata” elan olunan rusiyalı diplomat Ukrayna ərazisini tərk edib
# 21 aprel 2021 18:22 (UTC +04:00)

“Persona non qrata” elan olunan rusiyalı diplomat Ukrayna ərazisini tərk edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin müşavirinin diplomatik statusa zidd fəaliyyətlə məşğul olduğuna görə “persona non qrata” elan olunması barədə səfirliyə nota göndərib.

Rusiya XİN Ukrayna tərəfinin bu addımına sərt etiraz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR