Peskov: "Vladimir Putin hələ də smartfondan istifadə etmir"

Peskov: "Vladimir Putin hələ də smartfondan istifadə etmir"
# 18 dekabr 2020 16:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya pravda" radiosunun efirində bildirib.

"Onun smartfonu yoxdur, bu, sadəcə mümkün deyil", - deyə o vurğulayıb.

D. Peskov qeyd edib ki, V. Putin internetdən istifadə edir, lakin bunun üçün onun çox vaxtı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR