Pozner Tbilisidə baş verənlərlə bağlı ilk açıqlamasını verib

Pozner Tbilisidə baş verənlərlə bağlı ilk açıqlamasını verib
  • Clock-gray 02:19
  • calendar-gray 02 Aprel 2021

Rusiyalı jurnalist Vladimir Pozner Gürcüstanın paytaxtı Tbilisiyə səfəri zamanı üzləşdiyi etirazlara münasibət bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, “Pozner Online” saytında yazıb.

O, Gürcüstan paytaxtındakı iğtişaşlarla bağlı hər hansı bir mətbu orqana açıqlama verməyə razı olmadığının səbəbini izah edib.

“Bu qarışıqlığı təşkil edənlər diqqətə layiq deyillər. Bu onlar üçün şərəf olar. Məhz buna görə susuram və susacağam”, - deyə Pozner bildirib.

Qeyd edək ki, V.Pozner ötən gün doğum gününü qeyd etmək üçün Tbilisiyə gedib. Lakin Gürcüstanda o, ciddi narazılıqla qarşılanıb, buna görə də Moskvaya qayıtmaq məcburiyyətində qalıb. Tbilisi sakinləri onun dərhal Gürcüstanı tərk etməsini tələb edərək küçələrə axışıblar. Etirazçılar jurnalisti Gürcüstanın ərazi bütövlüyünü tanımamaqda ittiham ediblər. Bu, Poznerin Abxaziyanın heç vaxt Gürcüstanın bir hissəsi olmayacağı ilə bağlı açıqlamaları ilə bağlıdır.

Sərxan Kamallı

Digər xəbərlər