Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA xəbər verir ki, sərəncama əsasən Vaqif Fərzəliyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə təltif edilib.