Putin Avropa İttifaqı Şurasının sədri ilə Navalnı məsələsini müzakirə edib

Putin Avropa İttifaqı Şurasının sədri ilə Navalnı məsələsini müzakirə edib
# 22 yanvar 2021 15:12 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa İttifaqı Şurası arasındakı münasibətlərin vəziyyəti ətraflı müzakirə olunub.

Bundan başqa, telefon danışığı zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb.

Şarl Mişelin xahişi ilə Aleksey Navalnı ətrafındakı vəziyyətə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR