Putin Baydenə cavab verib

Putin Baydenə cavab verib
# 18 mart 2021 15:39 (UTC +04:00)

“Biz Baydenlə həqiqətən onun dediyi kimi şəxsən tanışıq. Mən ona nə cavab verə bilərəm. Mən ona sağlamlıq arzulayıram. Bunu ironiyasız və zarafatsız deyirəm”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun haqda dediklərinə münasibət bildirərkən deyib.

“Hər bir xalqın, hər bir dövlətin tarixində ağır, dramatik və qanlı hadisələr olub. Lakin biz digər insanları və ya digər xalqları, dövlətləri qiymətləndirən zaman hər zaman elə bil güzgüyə baxırıq. Biz hər zaman orada özümüzü görürük. Ona görə ki, hər zaman özümüz necəyiksə, digər insanın da elə olduğunu deyirik. Bilirsiniz, uşaq olanda, həyətdə oynayan zaman belə deyirdik: “kim nə deyirsə, onun özüdür”. Bu təsadüfi uşaq məsəli və ya zarafatı deyildi. Bunun psixoloji mənası çox dərindir. Biz hər zaman digər adamda öz şəxsi keyfiyyətlərimizi görürük və düşünürük ki, o adam da bizim kimidir. Bundan çıxış edərək onun fəaliyyətini qiymətləndiririk”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin ABŞ isteblişmentində çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiya Federasiyasının onlara etibar edəcəyini söyləyib.

O qeyd edib ki, ABŞ rəhbərliyi Rusiya ilə münasibətlərdə yalnız Vaşinqtonun şərtlərini əsas götürür, Rusiya isə yalnız özü üçün əlverişli şərtlər əsasında işləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR