Putin: “İdlibdə Suriya ordusu da ciddi itkilər verib”

Putin: “İdlibdə Suriya ordusu da ciddi itkilər verib”
# 05 mart 2020 16:18 (UTC +04:00)

“Bugünkü danışıqların mövzusu İdlibdəki vəziyyətdir. Bu vəziyyət bizdən birbaşa danışıqlar tələb edir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən əvvəl deyib.

V. Putin Türkiyə Prezidentinə İdlibdə şəhid olan hərbçilərlə bağlı başsağlığı da verib.

“İnsan itkisi hər zaman böyük faciədir. Təəssüflər olsun ki, heç kim, o cümlədən suriyalı hərbçilər də türkiyəli hərbçilərin orada olduqlarını bilməmişdilər. Sizinlə telefon danışığı zamanı da bunu söyləmişdim. Eyni gündə Suriya ordusu da ciddi itkilər verib. Ona görə də biz sizinlə mütləq danışmalıyıq ki, İdlibdə həmin vəziyyət bir daha təkrarlanmasın və Rusiya-Türkiyə münasibətləri zərər görməsin. Siz bu münasibətlərə çox diqqətlə yanaşırsınız. Biz bunu qiymətləndiririk”, - deyə Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR