Putin İsrailə səfəri öncəsi Netanyahu ilə ikitərəfli münasibətləri müzakirə edib

Putin İsrailə səfəri öncəsi Netanyahu ilə ikitərəfli münasibətləri müzakirə edib
# 26 dekabr 2019 23:38 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş Naziri Benyamin Netanyahu Rusiya prezidentinin 2020-ci ilin yanvarına planlaşdırılan İsrail səfəri mövzusunda ikitərəfli münasibətlərdə bir sıra məsələləri müzakirə ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Regional gündəliyin aktual mövzuları, habelə Rusiya prezidentinin 2020-ci ilin yanvarına planlaşdırılan İsrailə səfəri kontekstində ikitərəfli əlaqələrin bəzi problemləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Putin və Netanyahu qarşıdan gələn Yeni il və Milad bayramları, eləcə də İsraildə qeyd olunan Hanuka bayramı ilə əlaqədar qarşılıqlı təbrikləri bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR